RU

"WhatsApp"da süni intellektə əsaslanan yeni funksiya

“WhatsApp” messenceri istifadəçilərin mesajlar formalaşdırmasına kömək etmək məqsədilə süni intellektə əsaslanan funksiya təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə platforma məlumat yayıb.

"Bəzən nə demək istədiyinizi bilirsiniz, ancaq bunu necə ifadə etmək məsələsində bir az köməyə ehtiyacınız olur. Məhz buna görə də bu gün biz "Writing Help" funksiyasını təqdim edirik”, - mesajda deyilir.

Yeni funksiya istifadəçilərə mesaj yazmağın bir neçə üslubunu təklif edəcək. Məsələn, peşəkar, yumoristik və ya dəstəkləyici mesajlar hazırlatmaq olacaq.

Funksiya hazırda ABŞ və digər ölkələrdə ingilis dilində mövcuddur. Gələcəkdə messencer dillərin və ölkələrin sayını genişləndirməyi planlaşdırır.

Избранный
24
2
publika.az

5Источники