RU

Kiyevə kütləvi hava zərbələri: 4 nəfər həlak olub, 20-dən çox insan yaralanıb

Kiyev, 28 avqust, AZƏRTAC

Rusiyanın Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində 4 mülki şəxs həlak olub, 20-dən çox insan yaralanıb. Onların arasında uşaqlar da var.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.

Şəhərdə silsilə güclü partlayışlar baş verib. Paytaxtın bir sıra ərazilərində dağıntı və yanğınlar qeydə alınıb.

Axtarış-xilasetmə əməliyyatları davam edir. Həlak olanların sayının artacağı istisna edilmir.

Kiyevin Darnitski rayonunda ən azı altı obyektə, o cümlədən 5 və 16 mərtəbəli binalara, həmçinin fərdi evə və uşaq bağçasına ziyan dəyib.

Kiyevdə hava hücumu 9 saatdan çox davam edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Избранный
11
2
azertag.az

9Источники