RU

“Yenidən tarix yazmağın qürurunu yaşayırıq” Tahir Gözel

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Qarabağ”ın prezidenti Tahir Gözel klubun Çempionlar Liqasında əldə etdiyi tarixi uğurla bağlı təəssüratlarını bölüşüb.

Futbolpress.az xəbər verir ki, o, pley-off mərhələsində Macarıstanın “Ferensvaroş” klubu üzərində iki matçın cəmində qazanılan 5:4 hesablı qalibiyyətin ardından “atlılar”ın mətbuat xidmətinə fikirlərini bildirib.

Klub prezidenti “Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində Liqa mərhələsinə vəsiqə qazanmasını tarixi nailiyyət adlandırıb. Tahir bəy bu zəfəri Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya hədiyyə edib:

“Bu tarixi qalibiyyəti Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və əziz xalqımıza hədiyyə edirik. Qarabağın fatehi olan Ali Baş Komandanımızın da dediyi kimi, Qarabağ Azərbaycandır! Azərbaycan hər yerdə sözünü deyir. Ölkə başçımızın dünya liderlərinə nümunə olacaq parlaq siyasəti sayəsində işğal altında olan torpaqlarımız geri qaytarıldı. Cənab Prezidentimiz və Birinci vitse-prezidentimiz Qarabağ torpaqlarını qarış-qarış gəzərək, səfalı güşələrimizin daha da gözəl olması üçün əllərindən gələni edirlər. Biz də Qarabağı təmsil edən bir klub olaraq futbol arenalarında onlara layiq olmağa çalışırıq. Bu nailiyyətimiz də Azərbaycan futbol tarixinə əlamətdar hadisə kimi keçdi. Bu münasibətlə başda ölkə başçımız İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva olmaqla bütün xalqımızı təbrik edirəm”.

Tahir Gözel bu uğurda əməyi keçən klubun məşqçilərini, futbolçularını, eyni zamanda azarkeşlərini də təbrik edib:

“Azərbaycan futbolu adına böyük nailiyyətdir. “Qarabağ” klubu olaraq yenidən tarix yazmağın qürurunu yaşayırıq. Azərbaycan xalqına bu sevinci bəxş edən baş məşqçimiz Qurban Qurbanova, məşqçilər heyətimizə, futbolçularımıza, klubumuzda çalışan bütün əməkdaşlara təşəkkür edirəm və onları təbrik edirəm. Qurban hocanın və futbolçularımızın əziyyəti danılmazdır. Bütün oyunlarda bizi yalnız qoymayan, komandamızı qələbələrə ruhlandıran azarkeşləri də ürəkdən təbrik edirəm”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
10
futbolpress.az

10Источники