RU

Moldova: Aİ olmasaydı, biz keçmişdə qalardıq

Moldova prezidenti Maya Sandu ölkəsinin Avropa İttifaqı (Aİ) olmadan keçmişdə ilişib qalacağını bildirib.

Turkustan.az xəbər verir ki, Sandu Moldovanın Müstəqillik Günü münasibətilə Moldovanın paytaxtı Kişinyova səfər edən Fransa prezidenti Emmanuel Makron, Polşanın baş naziri Donald Tusk və Almaniya kansleri Fridrix Merzlə birgə mətbuat konfransı keçirib.

Moldova Prezidenti Maya Sandu ölkəsinin müstəqilliyinin 34-cü ildönümünü qeyd edərkən, Avropa İttifaqına inteqrasiyanın vacibliyini vurğulayıb:
"Açıq şəkildə demək istəyirəm ki, Avropanın alternativi yoxdur. Ölkəmiz Aİ olmadan keçmişdə ilişib qalacaqdı", – deyə o bildirib.

Sandu Fransa, Polşa və Almaniya liderlərinin Moldovaya səfərini ölkəsinə göstərilən hörmət və təqdirin nümunəsi kimi qiymətləndirərək əlavə edib:
"Dostlarımız bu gün bizimlədir. Onlar Moldovanın nə qədər vacib olduğunu və Aİ üzvlüyünün artıq uzaq bir xəyal olmadığını göstərmək üçün buradadırlar."

Prezident ölkəsinin hazırda ciddi sınaqlarla üzləşdiyini qeyd edib. Onun sözlərinə görə, Moldova dezinformasiya kampaniyaları, kiberhücumlar, nifrət nitqi və digər təhdidlərə qarşı mübarizə aparır.

Maya Sandu çıxışını bu fikirlərlə yekunlaşdırıb:
"İstədiyimiz gələcəyə yalnız onu qorumaqla çata bilərik. Moldova haqqında yalnız moldovalılar qərar verməlidir."

Aytən Yaşar/ Turkustan.az

Избранный
12
turkustan.az

1Источники