RU

Təhsil tələbə krediti üçün qeydiyyat başlayır

Təhsil Tələbə Krediti Fondu 2025-2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlərə müraciət edib.

Fonddan AzEdu.az-a bildirilib ki, ödənişli əsaslarla ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər 2025–2026-cı tədris ilinin payız semestri üçün 28 avqust – 8 sentyabr tarixlərində portal.edu.az platforması üzərindən təhsil qeydiyyatını həyata keçirdikləri zaman paralel olaraq www.e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciət edə bilərlər.

Bu dövrdə müraciət sayının çoxluğunu nəzərə alaraq, təhsil tələbə kreditlərinə müraciət edən şəxslərə operativ dəstək göstərmək məqsədilə fond tərəfindən yardım masası yaradılıb. TTK müraciəti zamanı hər hansı çətinliklə qarşılaşan şəxslər hər iş günü saat 09:00-dan 18:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34 ünvanında yerləşən ofisə yaxınlaşaraq dəstək ala bilərlər.

Eyni zamanda, tələbələrin kredit müraciətlərinə dəstək üçün fondun çağrı mərkəzi (146-5), “WhatsApp” və birbaşa əlaqə nömrələri vasitəsilə də müraciətlərinizə operativ dəstək göstərilir.

Qeydiyyat linki: www.e-ttkf.edu.az  

Çağrı Mərkəzi: (012) 599 12 02, 146-5

WhatsApp: 077 317 88 52, 077 317 88 53

Избранный
7
29
azedu.az

10Источники