RU

Flora Kərimova niyə gündəmdən uzaqlaşıb?

Xalq artisti Flora Kərimova uzun müddətdir gündəmdən uzaq qalmasının səbəbini açıqlayıb.

Axşam.az-a açıqlama verən müğənni istirahət etdiyini, bütün verilişlərin dəvətini geri çevirdiyini bildirib:

"Hamıya "yox" deyirəm. Cavanlar efirə çıxsınlar. Yoruluram, hazırlaşmaq, getmək... Çox şey düşünmək lazımdır, fiziki yoruluram. Heç yeni mövsüm də də "yox" deyib duracağam".

Bağında istirahət edən F.Kərimova nəvəsindən bəhs edib:

"Bağda dincəldim. Rahatçılığım təmin olunur deyə, əziyyət çəkmədim. Mənə qarşı çox qayğı var. İndi də bağdayam. Evə bağlı adamam, öz evimi, ünvanımı, mənə məxsus olan hər şeyin qədrini bilir və qoruyuram. Ondan həz alıram. Ona görə də heç xaricə də getmək istəmədim. Qızım və nəvəm burada idi, getdilər. Çox şirin, istiqanlı nəvəm var. Deyir, mənimlə Azərbaycan dilində danış. Orada ingilis bağçasına gedir, ona görə də çətin danışır. Anası onunla Azərbaycan dilində danışır. Mahnılarımı tanıyır".

Müğənni plastik-cərrah Sevinc Heydərova ilə məhkəməsindən, qalib olmasından söz açıb:

"Məhkəmədə qalib gəldim. İndi həkim buradan qaçaq düşüb. Çox yalanlar danışdılar, saxtakarlıqlar etdilər. Amma Allah yoluna saldı. Həqiqətin səsi elə gur idi ki, ona bata bilmədilər. Təzminat ödəmədi, canından pul çıxar?".

 

Избранный
9
5
milliyol.az

6Источники