RU

Ermənistan və Çin sərnişin və yük daşımalarını tənzimləyəcək

BAKI, 28 avqust. TELEQRAF

Ermənistan və Çin arasında avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma sektoru tənzimlənəcək.

Teleqraf xəbər verir ki, bugünkü iclasda Ermənistan hökuməti “Ermənistan və Çin arasında sərnişinlərin və yüklərin beynəlxalq avtomobil daşımaları haqqında Saziş”in imzalanması təklifini təsdiqləyib.

Qeyd olunur ki, Ermənistan və Çin arasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsi tənzimlənmir, bu, iki ölkə arasında nəqliyyat və iqtisadi əməkdaşlığa mane olur.

Müqavilənin imzalanması ilə bu məsələnin həlli gözlənilir.

Bildirilib ki, sazişin müddəaları beynəlxalq avtomobil daşımaları müqavilələrində və müqavilə tərəflərinin qanunvericiliyində müəyyən edilmiş tələblərə uyğundur.

Избранный
21
1
teleqraf.com

2Источники