RU

"Roma" "Benfika"nın yarımmüdafiəçisi Florentino ilə maraqlanır

"Roma" "Benfika"nın yarımmüdafiəçisi Florentinanı transfer etməyə hazırlaşır.

Operativ Media xəbər verir ki, bu haqda İnsayder Canluka Di Marzio məlumat yayıb.

Mənbənin məlumatına görə, romalıların baş məşqçisi Can Piero Qasperini yarımmüdafiə xəttinin gücləndirilməsinin vacibliyində israrlıdır. O, "Roma" rəhbərliyi ilə 26 yaşlı portuqaliyalının mümkün transferini müzakirə edib.

2024/25 mövsümündə Florentino "Benfika"nın heyətində bütün yarışlarda 45 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

"Transfermarkt" futbolçunun transfer dəyərini 22 milyon avro qiymətləndirir.

Избранный
50
2
operativmedia.az

3Источники