ain.az bildirir, Mia.az saytına əsaslanaraq.
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən daha üç şəhidin şəxsiyyəti müəyyənləşdirilib.
Mia.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, şəhidlərin hər üçü hərbçidir. Onlar Hacıyev Rizvan Qara oğlu, Əliyev Sumbat Nüdrət oğlu və Kərimov Natiq Zeynal oğludur.
R.Hacıyevin nəşinin qalıqları sabah saat 13.00-da Kürdəmir rayonu Qocalı kənd qəbiristanlığında, S.Əliyev saat 14.00-da Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, N.Kərimovun qalıqları isə saat 16.00-da Qax rayonu Oncallı kənd qəbiristanlığında dəfn olunacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.