RU

Avtoşluq edən sürücünün vəsiqəsi əlindən alındı, cərimə edildi FOTO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avtoxuliqanlıq edən sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılıb.

Avtosfer.az xəbər verir ki, Bakı-Şamaxı yolunda hərəkət zamanı “VAZ-21074” markalı, 10-LM-710 dövlət qeydiyyat nişanlı avtomobilin təkərlərini yol səthindən qaldıraraq idarə edən, bununla da digər hərəkət iştirakçılarının təhlükəsizliyinə ciddi risk yaradan 2001-ci il təvəllüdlü Hacıyev Səftər Elşən oğlu Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Fakt üzrə sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində cərimə olunub və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılıb.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə və yollarda təhlükəsizliyi təmin etməyə çağırır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
1
avtosfer.az

2Источники