Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
İdmanxeber.az-ın məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində sentyabrın 5-də keçiriləcək Bosniya və Herseqovina – İsrail görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Mostar şəhərində yerləşən “Bijelim Brijeqom” stadionunda keçiriləcək.