RU

Azov dənizində Rusiyaya məxsus “Kalibr” daşıyıcısı məhv edilib

Azov dənizində, müvəqqəti işğal olunmuş Krım sahillərinə yaxın ərazidə Rusiyanın 21631 layihəli “Buyan-M” tipli kiçik raket gəmisi – “Kalibr” qanadlı raketlərinin daşıyıcısı zərbə nəticəsində sıradan çıxarılıb.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) məlumat yayıb.

Məlumata görə, əməliyyat 28 avqust 2025-ci ildə GUR-un Aktiv Hərəkətlər Departamenti ilə xüsusi təyinatlı “Prizraklar” bölməsinin birgə iştirakı ilə həyata keçirilib.

Əməliyyat zamanı “Prizraklar” bölməsinin döyüşçüləri pilotsuz uçuş aparatı vasitəsilə gəminin radiolokasiya stansiyasını sıradan çıxarıb. Ardınca Aktiv Hərəkətlər Departamentinin xüsusi təyinatlıları gəminin bortuna zərbə endiriblər.

//Samir Qurbanov, Editor.az

Избранный
13
editor.az

1Источники