Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, Zeyd Ələsgərov (60 kq) bürünc mükafata sahib çıxıb.
O, üçüncü yer uğrunda görüşdə Yaponiya təmsilçisi Toai Haşimaya qalib gəlib.
Bu gün Röyal Qayıbov (60 kq) 1/32 finalda uduzub. Nərmin Ağamirzəzadə (48 kq) 1/16 finala təsadüf edən ilk görüşdə yenilib.
Yarışa 1/32 finaldan start verən Aysun Məmmədova (52 kq) və Leyla Ələkbərova (48) 1/8 finalda məğlubiyyətlə barışmalı olublar.
Qeyd edək ki, ötən gün Azərbaycanın altı cüdoçusu mübarizəyə qoşulub. Onlardan Anar Quliyev (50 kq) bürünc medal əldə edib.
Turnirdə fərdi mübarizə avqustun 30-da bitəcək. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.