İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində Koreya Respublikasının Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən Koreya Torpaq və Geoməkan İnformatika Korporasiyasının (LX) və “Wavus” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri, torpaqların səmərəli idarəedilməsi, kadastr sistemindəki texnoloji imkanlar və milli məkan məlumatları sahəsindəki yeniliklər müzakirə edilib.
Tərəflər sözügedən sahələrdə təcrübə və informasiya mübadiləsinin aparılması və digər potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.