RU

Təhsil tələbə krediti üçün müraciətlərə dəstək məqsədilə yardım masası fəaliyyətə başlayıb

Bakı, 28 avqust, AZƏRTAC

Təhsil tələbə krediti üçün müraciətlərə dəstək məqsədilə yardım masası fəaliyyətə başlayıb.

Bu barədə AZƏRTAC-a Təhsilin İnkişafı Fondundan məlumat verilib.

Tələbələr 28 avqust – 08 sentyabr tarixlərində www.e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti (TTK) üçün müraciət edə bilərlər.

Müraciət zamanı çətinliklə qarşılaşanlar Fondun ofisinə yaxınlaşa bilərlər. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34

İş saatları: Hər iş günü, saat 09:00 – 18:00

Əlavə dəstək üçün: Çağrı mərkəzi (146-5)

Избранный
19
2
azertag.az

3Источники