Bakı, 28 avqust, AZƏRTAC
Təhsil tələbə krediti üçün müraciətlərə dəstək məqsədilə yardım masası fəaliyyətə başlayıb.
Bu barədə AZƏRTAC-a Təhsilin İnkişafı Fondundan məlumat verilib.
Tələbələr 28 avqust – 08 sentyabr tarixlərində www.e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti (TTK) üçün müraciət edə bilərlər.
Müraciət zamanı çətinliklə qarşılaşanlar Fondun ofisinə yaxınlaşa bilərlər. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34
İş saatları: Hər iş günü, saat 09:00 – 18:00
Əlavə dəstək üçün: Çağrı mərkəzi (146-5)