RU

İsrail Suriyanın cənubunu demilitarizasiya etmək istəyir

BAKI, 29 avqust. TELEQRAF

İsrail hökumətində Suriyanın cənubunun demilitarizasiyası ilə bağlı müzakirələr aparılır.

Teleqraf xəbər verir ki, bu barədə yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu bildirib.

Suriyada dini zəmində baş verən qanlı toqquşmalardan sonra Netanyahu İsraildəki druz lideri ilə görüşüb və ona hökumətinin dini icmanı qorumağa, həmçinin zorakılıqdan zərər çəkmiş icmalar üçün demilitarizasiya olunmuş zona və humanitar yardım dəhlizi yaratmağa çalışdığını deyib.

"Bu müzakirələr məhz indi, elə bu anda aparılır", - Netanyahu söyləyib.

Избранный
118
teleqraf.com

1Источники