RU

Azərbaycanın daha iki cüdoçusu bu gün dünya çempionatında mübarizə aparacaq

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın daha iki yeniyetmə cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bu gün mübarizəyə qoşulacaq. SİA-nın məlumatına görə, Məhəmməd Ağakişiyev (73 kq) 1/16 finalda Yeso Samsiani (Gürcüstan) / Atxan Biçoyev (IJF) cütünün qalibi, Səmayə Yusifli (57 kq) isə eyni raundda Nonoka Yamakava (Yaponiya) ilə üz-üzə gələcək.

Qeyd edək ki, indiyədək Azərbaycanın 11 cüdoçusu tatamiyə çıxıb. Onlardan Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc medal qazanıblar.

Turnirdə fərdi mübarizə avqustun 30-da bitəcək. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
98
2
sia.az

3Источники