"ASAN xidmət"də faciə: 4 yaşlı uşaq yıxılaraq öldü
Ajans.az Lent.az-a istinadən xəbər verir ki, 4 yaşlı Mələk Nicat qızı Həbibova Şəki “ASAN Xidmət” mərkəzinin ikinci mərtəbəsindən yıxılıb. Azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.