Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin barmağında üzüyün sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən Bakupost.az -a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.
Həkim briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində üzüyün müvafiq qaydada çıxarılması təmin edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.