RU

Cəlilabadda qəzada iki yaşlı uşaq öldü - Xəsarət alanlar var

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az apa-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində, Abbasağa Azərtürk küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Opel” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində “VAZ-2107” markalı nəqliyyat vasitəsində sərnişin qismində olan 2 yaşlı Nazlı Vahibzadə ölüb. Həmin maşında olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Избранный
178
19
news24.az

10Источники