RU

Cəlilabadda qəza: 2 yaşlı uşaq öldü

Cəlilabadda azyaşlının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az report-a istinadən xəbər verir ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi şəhərin Abbasağa Azərtürk küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan "Opel" markalı minik avtomobili "VAZ-2107" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində "VAZ-2107" markalı nəqliyyat vasitəsində sərnişin qismində olan 2 yaşlı Nazlı Vahibzadə ölüb. Həmin nəqliyyat vasitəsində olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Избранный
90
19
avtosfer.az

10Источники