RU

Uşaqlar üçün təhlükəsiz oyuncaqları necə seçmək lazımdır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Oyuncaqlar sertifikatlaşdırılmış olmalıdır, uşaq mağazalarından alınmalı və mütləq yaxşı keyfiyyətli olmalıdır".
Oxu.Az xəbər verir ki, bunu terapevt Nadejda Çernışova MK internet portalına müsahibəsində uşaqlar üçün təhlükəsiz oyuncaqların seçilməsi barədə danışarkən deyib.
Onun sözlərinə görə, uşağa yalnız yoxlanılmış və təhlükəsiz əşyalar vermək çox vacibdir:
"İstər oyuncaqlar, istərsə də məişət əşyaları olsun, onlar yüksəkkeyfiyyətli plastikdən və ya rezindən, ya da uşağa zərər verməyəcək, yoxlanılmış maddələrdən hazırlanmalıdır. Şübhəli oyuncaqlar parlaq və cəlbedici olsa belə, onları almamaq daha yaxşıdır".
Terapevt əlavə edib ki, oyuncaqların kiçik və ya böyük olması fərq etməz, əsas odur ki, onlar uşağa təhlükə törətməsin.
Избранный
98
50
oxu.az

10Источники