Müəllimlərin işə qəbulu, yerdəyişməsi, qarşılıqlı yerdəyişməsi, sertifikatlaşdırılması, direktorların işə qəbulu və imtahan sistemlərinə texniki dəstək və operatorluq xidmətlərinə, habelə təkmilləşdirməyə 346 136 AZN sərf ediləcək.
Pravda.az-ın xəbərinə görə, bu xidmətləri “All İn One Technologies” QSC həyata keçirəcək.
Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və QSC arasında müvafiq müqavilə bağlanıb.
Cabir
Tarix: 1 Sentyabr 2025, 08:32