RU

Trend İnformasiya Agentliyi 30 yaşında - baş redaktorun fikirləri

Bu il Trend İnformasiya Agentliyiyubileyini qeyd edir. Bu, bizim üçün sadəcə bir tarix deyil, həm dəauditoriyamız, ekspert icması və beynəlxalq tərəfdaşlarımızlabirlikdə keçdiyimiz çətin yolun əksidir. Trend, yerlijurnalistikadakı ilk addımlarından regional xəbər agentliyinəqədər, oradan isə biznes modelimizin Avropa Komissiyası tərəfindənŞərq Tərəfdaşlığı regionunda medianın inkişaf modeli kimitanınmasına qədər uzun bir yol qət edib.

Bütün bu illər ərzində Trend mühüm siyasi, iqtisadi və mədənihadisələrin önündə olub, sonradan tarixi salnamənin tərkibhissəsinə çevrilən hər bir anı qeydə alıb.

Beynəlxalq sammitlərdən peşəkar reportajlar, dövlət rəhbərləriilə eksklüziv müsahibələr, xaricdə xüsusi layihələr – bütün bunlaragentliyin nüfuzunu möhkəmləndirməklə yanaşı, Trend-in beynəlxalqinformasiya mühitində bərabər şərtlərlə rəqabət aparmağa qadirolduğunu sübut edib.

Qeyd etməliyəm ki, Prezident İlham Əliyevin və Birinci xanımMehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanda medianındinamik inkişafı üçün şərait yaradılmasaydı, Trend-in nailiyyətləridə mümkün olmazdı. Bunun nəticəsində artan peşəmizin nüfuzu mediayabeynəlxalq arenada rəqabət apara bilən yüksək intellektli gəncləringəlməsinə səbəb oldu. Bu isə bizə son on ildə bir çox çətinliklərləüzləşmiş, sürətlə dəyişən qlobal media bazarına uyğunlaşmağa imkanverdi. Buraya jurnalistika böhranı, maliyyə çətinlikləri vəpandemiya da daxildir.

“Jurnalistika böhranı” dövründə bir çox media qurumları dəbintəsirinə düşərək “yeni jurnalistika”ya üstünlük verib bloqosfera vəsosial şəbəkələrə üz tutdu. Biz də “ənənəvi media” anlayışındanuzaqlaşdıq, lakin fərqli strategiya seçdik. Bu da bizə o zamanlargənc media orqanı olan Trend ilə nüfuzlu beynəlxalq nəşrlərarasındakı məsafəni tez bir zamanda azaltmağa imkan verdi.

On beş il əvvəl belə qənaətə gəldik ki, transmilli medianın,AZƏRTAC kimi mötəbər dövlət nəşrlərinin işini sadəcə təkrarlamaqnəticə verməyəcək. Bu yanaşmanın nəticəsidir ki, Trend bu günxaricdə geniş tanınır və nüfuz sahibidir. Məsələn, 2024-cü ilinsonunda agentlik, ən böyük müstəqil monitorinq platforması olanMedialogy-nin məlumatına görə, regionda ən çox istinad edilən mediaorqanı olub.

Bu uğurlu təcrübəyə əsaslanaraq, növbəti inkişaf mərhələmiziŞərqi Avropa bazarlarında fəaliyyət göstərməkdə görürük. Bundanəlavə, bu payızda Türkiyə media bazarında xəbər nəşri və birjaportalını birləşdirəcək DHA Press adlı, Dəmirörən Holdinq şirkətiilə birgə layihəmizin aktiv reklam təşviqi başlayacaq. Bu layihəçərçivəsində biz süni intellekt sistemlərinin media sahəsinəinteqrasiyası ilə bağlı innovativ addımlar da atırıq. Sinxuaagentliyi artıq layihəyə qoşulub, Avropa və ərəb ölkələrininaparıcı KİV-lərinin də DHA Press-ə qoşulması üzərində iş aparılır.Bu, Azərbaycan gündəminin Türkiyədə və dünyada yayılması üçün əlavəplatforma yaradacaq.

Fəxrlə deyə bilərik ki, bizim Avropa layihələrimiz artıqregionun siyasi mənzərəsinin bir hissəsinə çevrilir.

Mən bütün həmkarlarıma – həm bu gün agentlikdə çalışanlara, həmdə bu 30 il ərzində müxtəlif dövrlərdə bizimlə birgə işləyənlərəxüsusi təşəkkürümü bildirirəm. Onların hər biri Trend-informalaşmasına və uğur qazanmasına öz töhfəsini verib. Bu,jurnalistlərin, redaktorların, analitiklərin, operatorların, İTmütəxəssislərinin, menecerlərin və komandamızın bir hissəsi olmuşhər kəsin birgə əməyidir. Məhz sizin sayənizdə Trend bu yolu qətedə bildi, prinsiplərinə sadiq qaldı və Azərbaycanda, eləcə də onunhüdudlarından kənarda etibar edilən agentliyə çevrildi.

Trend təkcə məlumat ötürmür, həm də rəy formalaşdırır,prosesləri təhlil edir və dünyaya Azərbaycanı, eləcə də regionudaha yaxşı anlamağa kömək edir. Bizim missiyamız Azərbaycanhaqqında məlumatları Azərbaycan mənbəsindən xarici auditoriyayaçatdırmaqdır. Bu yubiley yalnız keçilən yolu xatırlamaq üçün deyil,həm də gələcəyin çağırışlarına cavab vermək üçün bir siqnaldır.Rəqəmsal transformasiya, dezinformasiyaya qarşı mübarizə, qlobalrəqabət – biz bu çağırışlara hazırıq. Trend faktlara, peşəkarlığavə beynəlxalq standartlara sadiq qalaraq etibarlı məlumat mənbəyiolaraq qalacaq.

Məqalədə:
Избранный
128
4
az.trend.az

5Источники