RU

Ukrayna ilə bağlı qorxunc xəbərdarlıq: “Buna hazır olmaq lazımdır”

Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya yay mövsümünün sona çatdığını bildirərək ölkə vətəndaşlarını qarşıdan gələn qaranlıq və sərt qışa, eləcə də elektrik enerjisinin mümkün kəsilməsinə hazır olmağa çağırıb.

Olaylar.az xəbər verir ki, eyni zamanda Ukrayna hakimiyyəti Sumı vilayətinin təxliyəsini gündəmə gətirib.

Zaporojjya AES-in peyk şəhəri Enerqodarda isə hərbçilərin mülki obyektlərə hücum cəhdlərinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət qeydə alınmayıb, dağıntı və yanğın olmayıb.

Fövqəladə xidmətlər operativ tədbirlər görüb və hakimiyyət sakinləri yalnız rəsmi məlumatlara inanmağa səsləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
89
olaylar.az

1Источники