RU

Azərbaycanda kreditlər 30 milyardı keçdi: milli valyutada artım, xarici valyutada azalma olub

Bakı. Trend:

Bu ilin avqsutun 1-nə Azərbayacanda kredit təşkilatlarınınmüddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 30,2 milyardmanat, vaxtı keçmiş kreditlərin həcmi isə 529,4 milyon manat təşkiledib.

Trend-inMərkəzi Bankdan əldə etdiyi məlumata görə, cəmi kreditqoyuluşlarının 26,1 milyard manatını milli valyutada kreditlərtəşkil edib.

Milli valyutadakı kreditlərin 433,6 milyon manatının ödəmə vaxtıkeçib.

Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,1 milyard manatıxarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 95,8milyon manatının ödəmə vaxtı keçib.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin avqustun 1-nəmilli valyutada qoyulmuş kreditlər 3,4 milyard manat və ya 15,2%artıb, xarici valyutada qoyulmuş kreditlər isə 459,1 milyon manatvə ya 10% azalıb.

Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,2 milyardmanatını qısamüddətli, 21,9 milyard manatını uzunmüddətlikreditlər, xarici valyutadakı kreditlərin isə 670 milyon manatınıqısamüddətli, 3,5 milyard manatını isə uzunmüddətli kreditlərtəşkil edib.

Məqalədə:
Избранный
54
2
az.trend.az

3Источники