Kristofer Nkunkunun “Milan”dan “Çelsi”yə gözlənilən transferi rəsmiləşib.
"Football-plus.az" xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı oyunçu ilə imzalanan müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. 27 yaşlı yarımmüdafiəçi İtaliya nəhəngində “18” nömrəli forma ilə çıxış edəcək.
Nkunku 2023-cü ilin yayından “Çelsi”də oynayırdı. O, ötən müddət ərzində bütün yarışlarda 62 matçda iştirak edib, 18 qol vurub və 5 məhsuldar ötürmə edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта