RU

Çin Xalq Respublikasının Sədri ŞƏT sammitində qlobal idarəetmə təşəbbüsünü irəli sürüb

Tiencin. Trend:

Çin Xalq Respublikasının Sədri Si Cinpin “ŞƏT plus” formatındakeçirilən görüşdə daha ədalətli dünya sistemi qurmaq üçün qlobalidarəetmə sahəsində təşəbbüslə çıxış edib.

Trend xəbərverir ki, ardıcıl qlobal inkişaf, qlobal təhlükəsizlik və qlobalsivilizasiya təşəbbüslərindən sonra Çin Xalq Respublikasının Sədriqlobal idarəetmə təşəbbüsünü irəli sürüb. O, çıxışında bütünölkələrlə birlikdə daha ədalətli və bərabərhüquqlu qlobal idarəetməsisteminin yaradılması üzərində işləməyə və bəşəriyyət üçün ortaqgələcəyi olan bir cəmiyyətə doğru irəliləməyə hazır olduğunuvurğulayıb.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının illik sammitiavqustun 31-dən sentyabrın 1-dək Çinin Tianjin şəhərində keçirilir.Tədbirdə 20-dən çox ölkənin liderləri, həmçinin beynəlxalqtəşkilatların nümayəndələri iştirak edirlər.

Избранный
53
6
az.trend.az

7Источники