RU

Emomali Rəhmon: “Dialoq bütün böhranları həll etməyin yeganə yoludur"

Yazını böyüt
Yazını kiçilt

Çinin Tyantszin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxış edən Tacikistan prezidenti Emoməli Rəhmon qeyd edib ki, ŞƏT-in Narkotiklərlə Mübarizə Mərkəzinin və təşkilata üzv dövlətlərin təhlükəsizliyinə çağırış və təhdidlərə qarşı mübarizə üzrə Universal Mərkəzin yaradılması haqqında imzalanmış sazişlər “bu sahələrdə əməkdaşlığımız üçün yeni perspektivlər açır”.

Hafta.az-ın yazdığına görə, president Rəhmon vurğulayıb ki, terrorizmə və onun maliyyələşdirilməsinə qarşı mübarizədə çoxtərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə Tacikistanın təşəbbüsü və BMT-nin dəstəyi ilə “Terrorçuluğa qarşı mübarizə üzrə Düşənbə Prosesi” fəal şəkildə təşviq edilir.

Emomali Rəhmon Tacikistanın Yaxın Şərq və digər müharibə gedən regionlardakı vəziyyətlə bağlı dəyişməz mövqeyini bir daha təsdiqləyərək qeyd edib ki, “danışıqlar və dialoq bütün böhran və münaqişələri həll etməyin yeganə yoludur”.

Tacikistanın dövlət başçısı üzv ölkələr arasında siyasi dialoqun, eləcə də iqtisadi sektorlarda əməkdaşlığın daha da genişləndirilməsini zəruri hesab edir.

“Biz iqtisadiyyatın prioritet sahələrində, o cümlədən nəqliyyat və tranzit, energetika, sənaye, kənd təsərrüfatı, innovasiya və rəqəmsallaşma sahələrində əməkdaşlığı inkişaf etdirməyi vacib hesab edirik”, - deyə Rəhmon bildirib.

Tacikistanın sənayenin inkişafına investisiyaların cəlb edilməsi, faydalı qazıntıların emalı və aqrar-sənaye sektoru üzrə müasir müəssisələrin yaradılması imkanları təqdim olunub. O, Tacikistanın təbii potensialını nəzərə alaraq, sammit iştirakçılarını turizm sahəsində, xüsusilə ekologiya, dağ turizmi və sağlamlıq turizmi sahələrində əməkdaşlığı genişləndirməyə çağırıb.

Emomali Rəhmon Tacikistanın buzlaqların və su ehtiyatlarının qorunması sahəsində qlobal təşəbbüslərini xatırladıb, mədəni və humanitar əməkdaşlığın gücləndirilməsinin, yeni təhsil və sosial layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib. O, tərəfdaşları 2026-cı ildə Tacikistanda keçiriləcək ŞƏT Gənclər Forumunda iştiraka dəvət edib.

Xatırladaq ki, ŞƏT 2001-ci il iyunun 15-də Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan liderləri tərəfindən təsis edilib. Sonradan Belarus, Hindistan, İran və Pakistan təşkilata qəbul edilib və ŞƏT üzvlərinin sayı 10-a yüksəlib. Daha 15 ölkə ŞƏT-in tərəfdaşı statusuna malikdir.

Избранный
59
hafta.az

1Источники