RU

Lisey direktorunun ölkədən çıxışına “stop” qoyuldu

Lisey direktorunun ölkədən çıxışına “stop” qoyuldu

Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-liseyin direktoru, Əməkdar müəllim Nəzakət Əsgərovanın ölkədən çıxışına məhdudiyyət qoyulub.

AFN “Qaynarinfo”ya istinadən xəbər verir ki, buna səbəb Nəzakət Əsgərovanın rəhbəri olduğu liseyin Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 11 353,19 manat vergi borcunun olmasıdır.

İdarə tərəfindən sözügedən borca görə Nəzakət Əsgərova Arif qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə qətnamə qəbul edilməsi üçün müraciət edilib.

Məhkəmənin qərarı ilə 1972-ci ildə Bakıda anadan olmuş direktorun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Избранный
98
29
afn.az

10Источники