Bakı. Trend:
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dannövbəti təyinat alıb.
Bu barədə Trend-ə AFFA-dan məlumat verilib.
Bildirilib ki, o, 21 yaşadək futbolçular arasında Avropaçempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Belarus –Avstriya görüşünün hakim-inspektoru olacaq.
Qeyd edilib ki, oyun sentyabrın 8-də Gürcüstanın Qori şəhərindəyerləşən Tengiz Burcanadze adına stadionda baş tutacaq.