Ajans.az xəbər verir ki,o,Truth Social hesabında paylaşım edərək hazırda özünü həmişəkindən daha yaxşı hiss etdiyini vurğulayıb. “Həyatımda özümü indiki qədər yaxşı hiss etməmişəm”, – Tramp qeyd edib. O, həmçinin administrasiyasının siyasəti nəticəsində Kolumbiya dairəsinin “cinayətdən azad zona”ya çevrildiyini iddia edib. Avqustun 30-da sosial şəbəkələrdə Trampın guya öldüyünə dair fərziyyələr yayılmışdı. Bu iddialar ABŞ-ın vitse-prezidenti J.D. Vensin prezidentə “nəsə olarsa” ölkəyə rəhbərlik etməyə hazır olduğunu bildirməsi fonunda gündəmə gəlmişdi. Ağ Ev isə yayılan şayiələri təkzib edərək Trampın tam sağlam olduğunu açıqlayıb.