1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Ermənistan Azərbaycanla Vaşinqtonda əldə edilmiş razılaşmalara sadiqdir və onları tez bir zamanda həyata keçirmək əzmindədir".
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş nazir Nikol Paşinyan "ŞƏT+" formatında keçirilən görüşdə çıxışı zamanı deyib.
N.Paşinyan qeyd edib ki, əldə edilən razılaşma region ölkələri üçün logistik imkanlar yaradacaq.
"Əldə edilən razılaşma nəticəsində Ermənistanla Azərbaycan arasında nəinki daxili, ikitərəfli və beynəlxalq əlaqələr açılacaq, həm də Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətlər, o cümlədən bizim və Azərbaycanın ən yaxın qonşuları üçün yeni logistik imkanlar yaradılacaq", - deyə N.Paşinyan əlavə edilib.