RU

Azərbaycan velosiped tarixində bir ilk (FOTO)

Bakı. Trend:

24 avqust 2025-ci il tarixində Türkiyənin Ankara şəhərindəkeçirilən GranFondo Başkənt velosiped yarışında Gənc PeşəkarVelosipedçilər İctimai birliyinin üzvü Natalya Vallek möhtəşəmuğura imza ataraq absolut qalib olub.

Trend xəbərverir ki, bu nəticə ilə o, Azərbaycan velosiped tarixində ilk dəfəolaraq beynəlxalq GranFondo yarışında birincilik qazanan qadınidmançı kimi tarix yazıb.

Gənc Peşəkar Velosipedçilər İctimai Birliyi, 22 avqust 2025-ciildə 4 nəfərlik heyətlə Ankaraya yola düşüb. Heyət belə idi:

• Məşqçi: Musa Mikayılzadə

• İdmançılar: Vüqar Salahov, Natalya Vallek, GholamrezaJamfarsadi

24 avqust tarixində keçirilən 91 km-lik GranFondo Capital(Başkent) yarışı olduqca ağır şəraitdə baş tutub. İdmançılar 1300metr yüksəklik qazanmaqla dağlıq yollardan keçərək finişə çatmalıidilər. Çətin mübarizə nəticəsində Natalya Vallek bütün rəqiblərinigeridə qoyaraq qadınlar arasında absolut birinciliyi qazanıb. O,həmçinin öz yaş kateqoriyasında da 1-ci yerin sahibi olub.

Digər idmançılarımız da uğurlu nəticələr göstərdilər:

• Vüqar Salahov – yaş kateqoriyası (40–44) üzrə 12-ci yer

• Gholamreza Jamfarsadi – yaş kateqoriyası (55+) üzrə 6-cıyer

Yarışda ümumilikdə 1000-ə yaxın velosipedçi iştirak edib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
58
az.trend.az

1Источники