RU

Gəncədə iki minik maşını toqquşdu, xəsarət alanlar var - FOTO

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 2106 " markalı avtomobillə "Hyundai" markalı minik avtomobili toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Gəncədə

  • Gəncədə

 

Избранный
173
16
avtosfer.az

10Источники