RU

Çexiyanın keçmiş baş naziri hücuma məruz qaldı

Çexiyanın keçmiş Baş naziri Andrey Babiş rəhbərlik etdiyi müxalif ANO siyasi hərəkatının seçki mitinqində hücuma məruz qalıb.

News24.az xəbər verir ki, bu barədə ČTK agentliyi partiyanın mətbuat katibi Martin Vodiçkaya istinadən məlumat yayıb.

“Andrey Babiş seçki mitinqində hücuma məruz qalıb”, - nəşr yazıb.

Agentliyin məlumatına görə, kimsə Babişin başına arxadan metal əşya ilə zərbə endirib. Bundan sonra siyasətçi xəstəxanaya gedib və orada ona tibbi yardım göstərilib.

ANO-nun deputatı Aleş Juhelkanın sözlərinə görə, Babiş rentgen müayinəsindən keçib, lakin onun vəziyyəti ilə bağlı başqa təfərrüatlar açıqlamayıb.

Избранный
58
3
news24.az

10Источники