RU

"Space TV" Trend İnformasiya Agentliyinin yaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb (VİDEO)

Bakı. Trend:

"Space TV" telekanalı Trend İnformasiya Agentliyininyaranmasının 30 illiyi münasibətilə reportaj hazırlayıb.

Reportajda bildirilib ki, 30 ildən öncə fəaliyyətə başlayanagentlik nüfuzlu informasiya agentliklərindən birinə çevrilib.

Bildirilib ki, agentlik hər gün oxucalara yüzlərlə xəbərçatdırır və yerli media orqanları üçün əsas istinad mənbələrindənbiri sayılır.

"Həm təcrübəli, həm gənc kadrların bir araya gəlməsi agentliyindinamik inkişafını təmin edir. 30 illik yol Trend-in yalnız mediasahəsində deyil, həm də Azərbaycanın tanıdılmasında xüsusi rolunugöstərir", - deyə qeyd olunub.

Qeyd edək ki, Trend İnformasiya Agentliyi 1995-ci ildə təsisolunub və ötən müddətdə Azərbaycanın aparıcı media qurumlarındanbirinə çevrilib. Agentlik Azərbaycan, rus, ingilis dillərindəyayımladığı xəbərlərlə yalnız ölkə daxilində deyil, həm dəbeynəlxalq informasiya məkanında geniş auditoriyaya çıxış əldəedib. Trend hazırda iqtisadiyyat, siyasət, cəmiyyət, mədəniyyət vəidman sahələrində operativ xəbərlər təqdim etməklə yanaşı, analitikmaterialları ilə də seçilir. Bu gün agentlik həm Azərbaycan, həm dəregion üzrə əsas və etibarlı xəbər mənbələrindən biri kimifəaliyyətini uğurla davam etdirir.

Daha ətraflı videomaterialda:

Избранный
61
az.trend.az

1Источники