RU

Azərbaycanlı diaspor nümayəndəsi Krasnodarda həbs edildi

Krasnodar məhkəməsi Rusiyanın Kuban şəhərindəki Azərbaycan diasporunun tanınmış nümayəndəsi, Tuapsedəki yükdaşıma terminalının və “Köhnə Bakı” restoranının sahibi Şahlar Novruzovu həbs edib.

Publika.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.

İstintaqın məlumatına görə, 60 yaşlı Novruzov 919 milyon rubl dəyərində daşınmaz əmlakı oğurlamağa cəhddə ittiham olunur.

Bildirilir ki, o, başqa şəxslərin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə Azərbaycanda bağlandığı iddia edilən qondarma nikah haqqında şəhadətnaməni Prikubanski Rayon Məhkəməsinə təqdim edib.

Materialda deyilir ki, müdafiə tərəfi həbs-qətimkan tədbirinin yüngülləşdirilməsi barədə vəsatət qaldırıb.

Избранный
100
1
publika.az

3Источники