RU

Abdullah Zubir: "Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi"

“Çox xoşbəxtəm, hisslərimi necə ifadə edəcəyimi bilmirəm.

Sevincli, çətin oyun oldu. Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la (Macarıstan) Bakıda keçirilən cavab matçı haqda çıqlamasında deyib.

Fransalı yarımmüdafiəçiiki oyunun nəticəsinə görə (3:1, 2:3) Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlmələrini şərh edib.

O, vurduğu qoldan sonra sevincini baş məşqçisiQurban Qurbanovla bölüşməsi ilə bağlı da danışıb:

"Bu, öz qərarım idi. Onun necə əziyyətlə çalışdığını biliriəm.

Zəhmətimizin bəhrəsini görmək bizi sevindirir. Qurbanov buna, bundan da artığına layiqdir".

A.Zubir "Liqa mərhələsində hansı rəqibləri arzulayırsınız" sualını belə cavablandırıb:

"İndi bu qələbənin dadını çıxarmaq lazımdır. Çempionlar Liqasında olna bütün komandalar güclüdür.Ümid edirəm ki, püşkatma da yaxşı olacaq”.

Избранный
16
sportinfo.az

1Источники