RU

"Taliban" maliyyə yardımı üçün beynəlxalq ictimaiyyətə müraciət etdi

BAKI, 2 sentyabr. TELEQRAF

Əfqanıstan üzləşdiyi böyük fəlakətlə mübarizə aparmaq məqsədilə daha çox yardım üçün müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatının bəyanatında deyilir.

"Beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir", - bu ölkənin İqtisadiyyat Nazirliyinin sözçüsü Əbdül Rəhman Həbib bildirib.

BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi isə zəlzələnin Əfqanıstandakı mövcud humanitar çətinlikləri daha da artırdığını bəyan edib. O, beynəlxalq donorları yardım səylərinə dəstək verməyə çağırıb.

"Bu, milyonlarla əfqanın qonşu ölkələrdən məcburi qayıtması və quraqlıq kimi problemlərə ölüm və dağıntı kimi çətinliklər əlavə edir", - Qrandi "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Избранный
19
teleqraf.com

1Источники