BAKI, 2 sentyabr. TELEQRAF
Ukraynada dayanıqlı sülhün bərqərar olması NATO-nun şərqə doğru genişlənməsi məsələsinin həllindən asılıdır.
Teleqraf xəbər verir ki, bu bəyanatla Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çinin Tyancin şəhərində keçirilən sammitində çıxış edib.
Putin Qərbi Ukraynanı öz orbitinə cəlb etməyə çalışmaqda, Kiyevi isə ABŞ-nin başçılıq etdiyi NATO hərbi alyansına can atmaqda ittiham edib.
"Ukrayna nizamlanmasının dayanıqlı və uzunmüddətli olması üçün böhranın ilkin səbəblərini aradan qaldırılmalıdır", - Kreml rəhbəri bir daha bəyan edib.
Bildirilir ki, bu bəyanatları Putin Çin lideri Si Cinpin və Hindistanın Baş naziri Narendra Modi ilə görüşdən sonra səsləndirib.