"Fənərbağça" ispaniyalı yarımmüdafiəçi Marko Asensionu heyətinə qatıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubdan verilən açıqlamaya əsasəni, oyunçu ilə 3+1 il müddətinə müqavilə imzalanıb.
Xatırladaq ki, ötən mövsümün yarısını icarə əsasında "Aston Villa" klubunda keçirən Asensio 21 matça çıxıb. O, bu oyunlarda 8 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fərid Əhmədov
MİA.AZ