İki ay öncə yanıq xəsarətləri alan kişi xəstəxanada öldü
İki ay öncə Saatlıda yanıq xəsarətləri alan kişi xəstəxanada ölüb.
aia.az xəbər verir ki, 1952-ci il təvəllüdlü Teyyub Ağayev 2 iyulda yük avtomobili ilə ot bağlaması daşıyarkən ot bağlamasının elektrik naqilinə dəyərək yanması zamanı yanıq xəsarətləri alıb.
O, Bakı şəhəri Nərimanov Tibb Mərkəzinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.