RU

İşləri pis gedən klubun rəhbərliyində ayrılıqlar… SON XƏBƏR

«Kəpəz» rəhbərliyində ayrılıqlar olacaq. Bu haqda saytımıza yeni xəbər əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, Adil Vəliyev idarəetmə aparatında dəyişiklik etməyə qərar verib.

Müşahidə Şurasının sədri əsas komandaya məsul 1-2 şəxsi görəvindən uzaqlaşdırmaq fikrindədir.

İş ondadır ki, «sarı-göylər» mövsümə çox pis başlayıb. gəncə təmsilçisi Premyer Liqanın ilk 3 turunda bərbad təsir bağışlayıb və məğlubiyyətləri sıralayıb.

Açılış həftəsində «Sumqayıt» səfərindən 0:3 hesablı yenilgiylə dönən kollektiv ardınca «Karvan»la «Zirə»yə uduzub - müvafiq olaraq 2:3 və 0:5.
İyulda şuranın sədri postuna keçən A.Vəliyev uğursuz startdan kəskin narazıdır.

O, bu mövqeyini rəsmilərə və məşqçi korpusuna çatdırıb. SOCAR-ın keçmiş mənsubu Adil Şükürovun sükan arxasında qalmasına da artıq bir elə isti yanaşmır.

Odur ki, hər an bu məlumatı ala bilərik - sözügedən mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu, real bir şeydir və əgər olsa, yerli publika Adil Vəliyevi dəstəkləyəcək.

Çünki «Kəpəz»in azarkeş ordusu A.Şükürovun 9 aydan sonra geri qaytarılmasının əleyhinədir və son matçlar zamanı bu narazılığını stadiondan, eləcə də sosial şəbəkələr üzərindən yeni rəhbərliyin diqqətinə çatdırıblar.

İyunda 2+1 illik müqavilə imzalamış Şükürovun istefaya göndərilməsinə problem yaradacaq yeganə amil ona ödəniləcək təzminatla bağlı ola bilər.

Çalışdırıcının aylıq qazancı 9000 manat civarındadır və öyrəndiyimizə görə, o, maliyyə şərtlərində güzəştə getmək fikrindən uzaqdır.

Özünə və köməkçilərinə çatacaq məbləğin tam şəkildə verilməsini tələb etmək fikrindədir.

«Kəpəz»i turnir cədvəlində son sıraya yuvarladan Şükürova daha 2-3 tur, hətta ilk dövrənin sonunadək şans tanınması da mümkündür. Bu, baş məşqçinin vədindən asılıdır.

Yönətimi komandanı düşdüyü vəziyyətdən çıxaracağına inandıra bilsə, toxunulmaz hala gələcək.

SPORTİNFO.AZ

Избранный
30
sportinfo.az

1Источники