RU

Emal edilməmiş metalların istehsalı 27 faizədək artıb

Bu ilin yanvar-iyul aylarında ölkənin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 19,4 min ton emal edilməmiş metallar (qurğuşun, alüminium, sink, nikel və s.) istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 26,8 faiz və ya 4,1 min ton artıb.

Cari ilin iyun ayı ilə müqayisədə iyulda istehsal həcmində 14,7 faiz və ya 0,5 min ton artım qeydə alınıb. İyul ayında 3,9 min ton emal edilməmiş metallar istehsal olunub. Avqust ayının 1-nə hazır məhsul ehtiyatı 7,1 min ton təşkil edib.

Избранный
95
vergiler.az

1Источники