Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfər batıb.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Hadisə nəticəsində ölən şəxslərin Tovuz rayon Çilovdarlı kənd sakinləri - 2001-ci il təvəllüdlü Ramazan Abdıyev və qardaşı 1999-cu il təvəllüdlü Orxan Abdıyev olması müəyyənləşib.
Onların Xızı rayonu Sitalçay kəndi ərazisində Samur-Abşeron su kanalında çimərkən boğulduqları bildirilir.
Hər iki şəxsin tikinti şirkətində çalışdıqları və istirahət üçün kanalın kənarına getdikləri qeyd edilib.
"Cebheinfo.az"