Cənubi Koreya çempionatında 28-ci turun matçları keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" "Ximçxon Sanmu"nu qəbul edib.
Ev sahibləri rəqibinə 2:1 hesabı ilə qalib gəlib.
Millimizin üzvü bu oyuna start heyətində çıxıb və sona qədər oynayıb. 26 yaşlı müdafiəçi 90+8-ci dəqiqədə komandasının qələbə qolunu vurub.
Qeyd edək ki, “Daejeon” 45 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizim.Media