RU

Marko Asensio “Fənərbağça”da

Fransa çempionu PSJ-nin ispaniyalı hücumameyilli yarımmüdafiəçisi Marko Asensio bundan sonra “Fənərbağça”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Super Liqa təmsilçisi Asensionun keçidini 7,5 milyon avroya rəsmiləşdirib. 39 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

Marko Asensio 2023-cü ilin yayında İspaniyanın “Real” (Madrid) klubundan azad agent kimi PSJ-yə keçmişdi. 29 yaşlı futbolçunun Paris nəhəngi ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi vardı.

Asensio PSJ-nin heyətində bütövlükdə 47 oyuna çıxıb, 7 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.

İspan futbolçu ötən mövsümü icarə əsasında İngiltərənin “Aston Villa” klubunda keçirib. O, Premyer Liqa komandasının heyətində 21 oyuna çıxıb, 8 qol və 1 assistlə yadda qalıb.

Daha öncə “Espanyol” və “Malyorka”da da oynamış Asensio 2016-cı ildən 2023-cü ilədək formasını geyindiyi “Real”da 17 kubok qazanıb. Hücumçu üç dəfə İspaniya çempionu və eyni sayda da UEFA Çempionlar Liqasının qalibi olub. Futbolçu İspaniya millisinin heyətində keçirdiyi 38 oyunda 2 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Избранный
28
20
arena.az

10Источники