RU

Saxta xərçəng dərmanları aşkarlandı - 9 nəfərə 5 ilə qədər həbs cəzası...

Türkiyədə milyonlarla insanın sağlamlığı üçün istifadə etdiyi dərmanlarla bağlı dəhşətli fakt üzə çıxıb. Polis əməkdaşlarının ötən il İstanbulun Ümraniye bölgəsində keçirdiyi əməliyyatda 5 milyon qutudan çox saxta dərman ələ keçirilməsi ilə bağlı istintaq tamamlanıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, saxta xərçəng dərmanlarının həm apteklərdə, həm də internet vasitəsilə satıldığı müəyyən edilib.

Məlum olub ki, bu dərmanların tərkibində xərçəngin müalicəsində heç bir təsiri olmayan parasetamol kimi ucuz ağrıkəsicilər var.

Prokurorluğun araşdırmasından sonra 9 nəfərə qarşı 5 ilə qədər həbs cəzası tələbi ilə ittiham aktı hazırlanıb. Saxta dərmanların satıldığı şəhərlərin müəyyən edilməsi üçün Səhiyyə Nazirliyi də tədbir görüb və inzibati araşdırmalara başlayıb. Dəstənin əczaçılıq anbarları və bəzi apteklərlə əməkdaşlıq etdiyi, saxta dərmanların bir hissəsinin bu yollar vasitəsilə aşağ qiymətə satışa çıxarıldığı üzə çıxıb.

Araşdırma zamanı saxta olduğu müəyyən edilən 11 dərman vasitəsinin adı məlum olub. Bunlara “Dostinex”, “Venofer”, “Pregnyl”, “Cellcept”, “Rivotril”, “Femara”, “Venetoclax”, “Xalkori”, “Phesgo”, “Xgeva” və “Blincyto” dərmanları aiddir. Bu dərmanlar xərçəng müalicəsində, transplantasiya sonrası baxımda, sonsuzluq müalicəsində istifadə olunur.

Избранный
25
publika.az

1Источники